"Barselona" Ansu Fatini satınalma hüququ ilə "Monako"ya icarəyə verəcək.
Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, "Monako" 22 yaşlı vingeri 12 milyon avroya satınalma opsiyası ilə icarəyə götürəcək. Müqaviləyə futbolçunun sonrakı satışından "Barselona" üçün yüksək faiz də daxil ediləcək.
Tərəflər artıq son detalları həll etməlidir, bundan sonra Fatinin transferi rəsmiləşəcək.
Başa çatan mövsümdə Ansu La Liqada cəmi 6 oyun keçirib və 1 sarı vərəqə alıb.
saytlarin hazirlanmasi