"Sumqayıt"da 3 ayrılıq - RƏSMİ

16:57 - 3 İyun 2025

"Sumqayıt" 3 futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla yollar ayrılıb. Onların klubla müqaviləsi başa çatıb.

"Sumqayıt" hər üç futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər xətti