"Qarabağ"a keçəcəyi iddia edilən forvard bu klubun maraq dairəsindədi

09:47 - 4 İyun 2025

"Qarabağ"a keçəcəyi iddia edilən Vensan Abubakar Afrikaya yollana bilər.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Mərakeşin "Vidad Kasablanka" klubu kamerunlunu heyətinə qatmaq istəyir.

33 yaşlı forvardın hansı qərarı verəcəyi yaxın günlərdə dəqiqləşəcək.

"Vidad Kasablanlka" klublararası dünya çempionatında iştirak edəcək. Qeyd edək ki, Abubakar başa çatan mövsümü "Hatayspor"da keçirib. Onun aktivində 28 oyun, 8 də qol var.

Xəbər xətti