"Tottenhem"in kapitanı komandanı tərk edəcək?

22:31 - 3 İyun 2025

Son Hın Min bu yay "Tottenhem" klubunu tərk edə bilər.

Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, 32 yaşlı Cənubi Koreya millisinin vingeri ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır.

Son Hın Minin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Tottenhem" isə komandanın yenidən qurulması üçün hazırda futbolçudan müəyyən məbləğdə gəlir əldə edə bilər.

Komandanın kapitanı 2015-ci ildən London klubunda çıxış edir. O, klubla birlikdə 2024/25 mövsümündə Avropa Liqasını qazanıb.

Bu mövsümdə koreyalı futbolçu İngiltərə Premyer Liqasında 30 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti