"Qarabağ"ın qapıçısı Polşa millisində bu gün debüt edəcək? - baş məşqçi qərarını verdi

16:22 - 6 İyun 2025

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin Polşa millisində debütü təxirə salınacaq.

Sportal.az “goal.pl” portalına istinadən xəbər verir ki, Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında Polşa yığmasının baş məşqçisi Mixal Probej bugün keçiriləcək matçda Marçin Bulkanın start heyətində yer alacağını açıqlayıb.

Zədə və ya qırmızı vərəqə olmadığı halda, Probejin oyun zamanı “Nitsa”nın qapıçısını əvəz etmək niyyəti yoxdur. Qeyd edək ki, Polşa - Moldova görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xatırladırıq ki, Polşa millisi daha sonra 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə qarşılaşma üçün Helsinkiyə yollanacaq.

Xəbər xətti