Hələ "Barselona"da işlədiyi vaxtlardan Luis Enrikenin xanım jurnalist Susana Quaş ilə arasında insident yaşanmışdı. "Atletiko" ilə oyunsonrası mətbuat konfransında özündən çıxan ispan mütəxəssis jurnalistin suallarını çox səthi və qeyri-peşəkar adlandırmışdı.
Sportal.az Bu ikili arasında daha bir olay Luis Enrike "Movistar+" -ə danışarkən baş verib.
- Mən burada Monika Markanteyə görəyəm, həm də sənə görə, Alvaro (Benito). Dəqiq ki, burada sizə görə deyiləm, Susana!
Bunu eşidən Quaş gərginliyi azaltmağa çalışıb.
-Zaman uçur. Görün nə qədər vaxt keçib...
-Mən elə həmin cavanam, nə qədər vaxtın keçdiyini bilmirəm.