"Atletiko" "Liverpul"da uğursuz mövsüm keçirən futbolçunu istəyir

00:22 - 3 İyun 2025

"Atletiko" "Liverpul"dan Federiko Kyezanın transferini nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, vinger bu yay "Liverpul"dan ayrıla bilər və Madrid klubu Anxel Korrea ilə mümkün ayrılıq fonunda italiyalını transfer edə bilər.

Kyeza həm tam transfer, həm də icarə əsasında ayrıla bilər. 27 yaşlı futbolçu qarşıdakı mövsümdə müntəzəm çıxış edərək 2026-cı il dünya çempionatında İtaliya millisinin heyətində yer almağı ümid edir.

Qeyd edək ki, Kyeza başa çatan Premyer Liqa mövsümündə cəmi altı oyun keçirib və heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.

Xəbər xətti