Mehriban Əliyeva minifutbol millimizi təbrik etdi

09:34 - 2 İyun 2025

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib.

Sportal.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

 

Xəbər xətti