"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Yuventus" ingiltərəli vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "SportMediaset" məlumat yayıb.
İtaliya klubu "Mançester Yunayted"in tələb etdiyi 25 milyon avronu ödəməyi qəbul edib.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Çelsi"nin formasını geyinib. 25 yaşlı futbolçu London təmsilçisinin heyətində meeydana çıxdığı 30 rəsmi matçda 5 qol və 10 məhssuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi