Avropadan təklif aldı, Qurban Qurbanov “Qarabağ”dan ayrılmasına izn vermədi

16:11 - 3 İyul 2025

“Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər.

Sportal.az xəbər verir ki, Ukrayna mətbuatı Sportinfo.az-ın günlər öncə yaydığı xəbəri doğrulayıb.

Yerli həmkarlarımız təsdiq edib ki, yarımmüdafiəçi Aleksey Kaşukun Azərbaycan çempionunu tərk etmək ehtimalı yaranıb.

Məlumatda qeyd olunub ki, 25 yaşlı futbolçu yeni mövsümdə əsas heyətə düşə bilməyəcəyindən ehtiyatlanır.

Bu səbəbdən Ukraynanın gənclər millisinin sabiq üzvü başqa komandaya ya icarəyə, ya da birdəfəlik keçməyə razıdır.

“Qarabağ”a ötən mövsümün əvvəlində Donetsk “Şaxtyor”undan keçən Aleksey Kaşukun ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bu mövzuyla bağlı son dəqiqə məlumatı daxil olub.

“Qarabağ”dan əldə etilən informasiyaya görə, Qurban Qurbanov Aleksey Kaşukun ayrılmasına qarşı çıxıb.

Baş məşqçi ukraynalı legionerə bildirib ki, onun xidmətində maraqlıdır və özünü yay toplanışında göstərərsə, gələn mövsüm daha çox şans qazanacaq.

Xəbər xətti