"Qarabağ" La Liqada qalmaq uğrunda mübarizə apara biləcək komandadır - İspaniya mətbuatı

13:35 - 30 Oktyabr 2025

İspaniya mətbuatı "Atletik"in La Liqanın 10-cu turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlubiyyətindən yazıb.

Sportal.az xəbər verir ki, "EIDesmarque" portalı Bilbao təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" üzərində 3:1 hesablı qələbəsini də xatırladıb:

"Hesab 0:1 olarkən, qol axtaran "Atletik"in deyil, "Xetafe"nin olması qəbuledilməzdir. Ernesto Valverdenin komandası öz cərimə meydançasında ilişib qalırdı, Unai Simon seyvlərlə yadda qaldı. Qonaq qapıçı Fernando Sorianın isə demək olar ki, heç bir problemi yox idi. Lakin "Atletik" bundan bir neçə gün əvvəl Çempionlar Liqasında oynamışdı və həmin matçda yaxşı çıxış etmişdi. İlk dəqiqədə qol buraxan "Atletik" Qurban Qurbanovun məşqçisi olduğu "Qarabağ"a qarşı əlindən gələni göstərmişdi. Lakin, "Qarabağ" "Xetafe"dən daha zəif idi. "San Mames"dəki oyununa əsasən, demək olar ki, "Qarabağ" La Liqada orta və aşağı sıralarda olan, liqada qalmaq uğrunda mübarizə apara biləcək gücdə komandadır".
 

Xəbər xətti