"Qarabağ"ın rəqibində ayrılıq olacaq

21:24 - 21 Dekabr 2025

"Ayntraxt"ın hücumçusu Elye Vahi komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, fransalı hücumçu ölkəsinə qayıdacaq. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Nitsa" Vahinin keçidini həll edib. Liqa 1 klubu 22 yaşlı forvardı yanvar ayında icarəyə götürəcək.

"Ayntraxt" Elye Vahini bu ilin yanvar ayında "Marsel"dən 26 milyon avroya transfer edib. Fransa U-21 millisinin sabiq üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun gələn ilin 22 yanvar tarixində Bakıda keçiriləcək.

Xəbər xətti