Yaponiya klubu Marko Yankoviçə böyük məbləğ təklif etdi - SON DƏQİQƏ

14:14 - 22 Dekabr 2025

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç yeni transfer təklifi alıb.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, Yaponiya klubu onun xidmətində maraqlıdır. Asiyalılar bugünlərdə monteneqrolu legionerə dəvət göndərib. Üç ildir Azərbaycanda çıxış edən balkanlıya təklif olunan müqavilənin müddəti 3 ildir.

İrəli sürülən şərtlər isə Yankoviçin ağlını başından alıb. Gündoğar ölkəyə üz tutarsa, illik 800 min avro qazanacaq. 2022-ci ilin yayından "köhlən atlar"ın formasını geyinən Monteneqro yığmasının üzvünün müqaviləsi ötən il yenilənib.

O, 2027-ci ilin yayınadək "Qarabağ"a məxsusdur.

Xəbər xətti