Bu gün “Qarabağ” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq.
Azərbaycan çempionunun ikinci yoxlama matçı isə Polşanın "Zaqlembe” klubuna qarşı olacaq.
12:00 "Qarabağ" (Azərbaycan) - "Osiyek" (Xorvatiya)
19:00 "Qarabağ" (Azərbaycan) - "Zaqlembe" (Polşa)
Təlim-məşq toplanışının əvvəlində "Qarabağ” Özbəkistanın "Neftçi" komandasını (5:0) məğlub etmişdi.
