“Neftçi”nin Kiprin "Ethnikos" klubuna cinah müdafiəçisi Breno Almeydanın transferi üçün ödəyəcəyi məbləği açıqlayıb.
Sportal.az Kiprin "Goal News" portalına istinadən xəbər verir ki, Bakı klubu braziliyalı üçün 100 min avro ödəyəcək. Bu isə, "Ethnikos"un tarixindəki ən böyük satış kimi tarixə keçəcək.
27 yaşlı futbolçunun Kipr klubu ilə müqavilə müddəti 2026-cı il mayın 31-nə qədərdir.
O, karyerası ərzində “Fiqueyrense”, “Jeddah”, “Retro”, “Valetta”, “Sampayo” klublarında oynayıb.
saytlarin hazirlanmasi
