Con Duran “Zenit”ə keçid öncəsi tibbi müayinədən uğurla keçib.
Sportal.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu mövsümün sonuna qədər icarə əsasında Rusiya klubuna qoşulacaq.
“Duran Sankt-Peterburqda tibbi müayinədən uğurla keçdi və şəhərimizin qış nağılının ab-havasını qısa müddətlik də olsa hiss etdi. Yaxın vaxtlarda komandanın toplanışına uçacaq, qalan detalları sonra açıqlayacağıq”, – deyə “Zenit”in mətbuat xidməti bildirib.
Daha əvvəl Sankt-Peterburq klubunun futbolçunun keçidi ilə bağlı razılığa gəldiyi məlum olmuşdu. İcarə müqaviləsində oyunçunun satınalma maddəsi yoxdur.
Qeyd edək ki, bu mövsüm Duran icarə əsasında çıxış etdiyi “Fənərbağça”nın heyətində Türkiyə çempionatında 10 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
