"Barselona"nın sabiq futbolçusu qazaxların təklifini geri çevirdi

16:22 - 15 Fevral 2026

"Barselona" və İspaniya millisinin sabiq hücumçusu Pablo Alkaserin karyerasını Qazaxıstanda oynamaq istəməyib.

Sportal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvard “Kaysar”ın təklifinə geri çevirib.

Yüksək liqada mübarizə aparan klub Alkaserə 1 illik müqavilə təklif etsə də, o, bununla razılaşmayıb.

“Şarjah”dan ayrıldıqdan sonra klubsuz qalan ispan hücumçu başqa təklifləri gözdən keçirəcək.

Qeyd edək ki, “Kaysar” bir müddət əvvəl “Çelsi”, “İnter” və “Fənərbaxça”nın sabiq vingeri Viktor Mozesi heyətinə qatıb.

Alkaser "Valensiya", "Barselona", "Borussiya"(Dortmund), "Xetafe", "Vilyarreal", "Şarjah", "Emireyts" klublarında oynayıb.

Xəbər xətti