"Yuventus" Veston Makkenini buraxmaq niyyətində deyil.
Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.
Klub maliyyə məsələsində Makennini razı salarsa, müqavilə müddəti artırılacaq.
O, 2026-cı il iyunun 30-na qədər "Yuventus"a məxsusdur. ABŞ-dan olan futbolçu əvvəllər "Şalke", "Lids" klublarında da oynayıb.
saytlarin hazirlanmasi
