"Hamı düşünür ki, futbolçular çox pul qazandıqları üçün sadəcə həzz ala bilərlər" - Luis Enrike

23:57 - 12 Fevral 2026

Luis Enrike bildirib ki, yüksək maaş alan futbolçu statusu oyunçunun istirahətə ehtiyacı olmadığını göstərmir.

Sportal.az xəbər verir ki, PSJ-nin baş məşqçisi öz açıqlamasında maraqlı fikirlər səsləndirib:

“İstirahət vacibdir, insan bəzən hər şeydən uzaqlaşmağı bacarmalıdır ki, məşqlərə gəlməkdən zövq alsın və gördüyü işdən xoşbəxt olsun.

Hamı düşünür ki, futbolçular çox pul qazandıqları və peşəkar idmançı olduqları üçün sadəcə bundan həzz ala bilərlər. Amma başqa vacib məqamlar da var və məncə, istirahət onlardan biridir."

Xəbər xətti