18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 13-dən 16-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək, fevralın 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.
Sportal.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Bakı toplanışı üçün U-18-ə dəvət almış futbolçularla və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.
|
Nr. |
Adı / Soyadı |
Klub |
|
1 |
Nurəziz Əzizov |
Neftçi |
|
2 |
Bilal Hacıyev |
Qarabağ |
|
3 |
Kamil Həsənov |
Neftçi |
|
4 |
Uğur Qurbanlı |
Qarabağ |
|
5 |
Rəşad Gülüşov |
Sabah |
|
6 |
Atacan Məmmədov |
Marcet (İspaniya) |
|
7 |
Səttar Tahirzadə |
Marcet (İspaniya) |
|
8 |
Muhamməd Çodarov |
Marcet (İspaniya) |
|
9 |
İsmayıl Səfərli |
Neftçi |
|
10 |
Əli Kiçibəyov |
Turan Tovuz |
|
11 |
Amin Rzayev |
Qarabağ |
|
12 |
Sahib Xəlilli |
Neftçi |
|
13 |
Elgün Duraxanov |
Sabah |
|
14 |
Eldar Abbasov |
Qarabağ |
|
15 |
Raul İsaqov |
Kəpəz |
|
16 |
Nihad Hüseynzadə |
Sabah |
|
17 |
Ruslan Xasiyev |
Şinnik Yaroslavl (Rusiya) |
|
18 |
Musa Mustafayev |
Zirə |
|
19 |
İbrahim Xəlilov |
Sabah |
|
20 |
Samir Şərifov |
Sabah |
|
21 |
Pünhan Kərimov |
Marcet (İspaniya) |
|
22 |
Emin Süleymanov |
Neftçi |
|
23 |
Əli Bəşirov |
Qarabağ |
|
24 |
Rüstəm Hüseynli |
Neftçi |
|
25 |
Kamal Zülfiyev |
Sumqayıt |
|
26 |
Nicat Kərimov |
Sabah |
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
saytlarin hazirlanmasi
