"İnter" müdafiəçi Federiko Dimarkonun müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, A Seriyasının lideri artıq italiyalı futbolçu ilə razılıq əldə edib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
28 yaşlı ssol cinah müdafiəçisinin 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 3 il müddətinə artırılacaq.
Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qqol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
