"Mançester Yunayted" "Real"a 40 milyon avro ödəməyə hazırdır

16:50 - 10 Fevral 2026

"Real"ın müdafiəçisi Eder Militao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Teamtalk" məlumat yayıb.

"Qırmızı şeytanlar" Militaonu yayda heyətinə qatmağı planlaşdırır. "Mançester Yunayted" 28 yaşlı mərkəz müdafiəçisi üçün "kral klubu"na 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Eder Militaonu 2019-cu ilin yayında "Portu"dan 50 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətndə meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti