Braziliya millisinin sabiq üzvü Duqlas Kusta Azərbaycana gələsi olmayıb.
Sportal.az xəbər verir ki, uzun müddət adı “Neftçi” ilə hallanan braziliyalı İtaliyada çıxış edəcək.
Təcrübəli futbolçu “Kyevo”da oynayacaq. 35 yaşlı vinger 2026-cı il iyunun 30-na qədər Verona klubuna kömək olacaq.
O, D Seriyasının təmsilçisindən əvvəl “Qremio”, “Şaxtyor”(Donetks), “Bavariya”, “Yuventus”, “LA Qalaksi”, “Fluminense” komandalarında oynayıb.
