"Qarabağ"ın futbolçusu karyerasını ABŞ klubunda davam etdirəcək

09:47 - 8 Fevral 2026

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.

Sportal.az "Sportinfo.az"a istinadən xəbər verir ki, ABŞ təmsilçisi ilə danışıqlara nöqtə qoyulub.

Ağdam klubu bu keçiddən müəyyən qazanc da əldə edəcək. "Xəzər Lənkəran"ın yetirməsi 2016-cı ildən Ağdam klubuna məxsusdur.

O, "atlılar"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb

Xəbər xətti