"Real" "Liverpul"un müdafiəçisinə müqavilə təklif etdi

10:50 - 7 Fevral 2026

"Liverpul"la müqaviləssi yayda başa çatan İbrahima Konate klubun yeni sözləşmə təklifini hələ ki qəbul etməyib.

Sportal.az xəbər veerir ki, fransalı futbolçu karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real" yayda azad agent statusunda olacaq fransalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. "Kral klubu" Konatenin meneceri ilə görüşüb. Madrid təmsilçisi 26 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif edib.

Qeyd edək ki, "Liverpul" İbrahimaa Konateni 2021-ci ilin yayında "Leypsiq"dən 40 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 31 rsəmi matçda 2 qol vurub.

Xəbər xətti