"Roma"nın qapıçısı "Beşiktaş" - RƏSMİ

10:04 - 7 Fevral 2026

Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Roma"dan Devis Vaskesi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

Qeyd edək ki, Devis Vaskes mövsümün əvvəlində "Roma"ya qoşulub. 27 yaşlı kolumbiyalı qolkiper "canavarlar"ın heyətində rəsmi oyunlaarda meydana çıxmayıb.

Xəbər xətti