"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Manuel Noyerlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi 39 yaşlı qapıçıya yeni müqavilə təklif edib. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Almaniya millisinin üzvünə 2027-ci ilin yayına qədər nəzərdə tutulan qədər sözləşmə təklif edilib. Klub hazırda Noyerin bu təklifə cavabını gözləyir.
Qeyd edək ki, Noyer "Bavariya"ya 2011-ci ilin yayında "Şalke"dən qoşulub. Təcrübəli "əlcək sahibi" bu mövsüm bütün yarışlarda 25 oyun keçirib və 7 dəfə qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi
