"Atletiko"nun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid nəhənginin yarımmüdafiəçisi Pablo Barrios sıradan çıxıb.
İspaniyalı futbolçu Kral Kubokunun 1/4 final mərhələsinin "Betis"lə matçında zədələnib. 22 yaşlı oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Pablo Barrios "Atletiko"nun yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
