"Barselona" Avropa Superliqasını rəsmi olaraq tərk etdi - yalnız "Real" qaldı

15:55 - 7 Fevral 2026

"Barselona" Avropa Superliqasından çıxıb.

Sportal.az xəbər verir ki, bu gün klubun mətbuat xidməti rəsmi olaraq Superliqa layihəsini tərk etdiyi açıqlayıb.

Qeyd edək ki, turnirin yaradılması barədə rəsmi elan 2021-ci ildə verilmişdi. Kataloniya klubu Superliqanın 12 təsisçisindən biri kimi çıxış edirdi.

Beləliklə, "Real" Superliqanın yeganə rəsmi iştirakçısı olaraq qalır.

Xəbər xətti