"Arsenal" və "Qalatasaray" sabiq futbolçusu Emmanuel Ebuenun oğlu Matis Ebue "Çelsi" ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Matis Ebue "Çelsi"nin akademiyasına 2025-ci ilin yanvarında "Uotford"dan transfer olunub. 16 yaşlı futbolçu "mavilər"in U-18 komandasında çıxış edir.
saytlarin hazirlanmasi
