Azərbaycan yığmasını çalışdırmış məşqçi Yunanıstan Superliqasında - FOTO

15:18 - 8 Fevral 2026

Azərbaycanın U-15, U-16 və U-19 yığma komandalarını çalışdırmış Miloş Velebit özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, serb mütəxəssis Yunanıstan çempionatında işləyəcək.

O, Superliqada mübarizə aparan “Asteras”da köməkçi məşqçi vəzifəsinə təyin edilib.

Velebit baş məşqçi Milan Rastavaça kömək edəcək.

Xəbər xətti