Atletiko” Koke tərəfindən meydançanın vəziyyətinin tənqid edilməsinə baxmayaraq, “Metropolitano” stadionundakı ot örtüyünü mövsümün sonuna qədər dəyişdirməyəcək.
Sportal.az xəbər verir ki, 23-cü turda “Betis”ə 0:1 hesabı ilə uduzduqdan sonra Madrid klubunun kapitanı Koke bunları qeyd etmişdi:
“Atletiko üçün yüksək keyfiyyətli meydança vacibdir. Meydan pis vəziyyətdədir, sürüşürük və ötürmələrlə oynaya bilmirdik.”
"Marca"nın məlumatına görə, “Metropolitano”da ot örtüyünün dəyişdirilməsi mövsümün sonuna qədər nəzərdə tutulmur. “Atletiko” bildirir ki, meydançanın vəziyyətinə son həftələrdə Madriddə olan əlverişsiz hava şəraiti, yağış, qar və aşağı temperaturlar təsir edib.
saytlarin hazirlanmasi
