"Bəhanə axtarmıram, Çempionlar Liqasında oynamaq istəyirik" - "Nyukasl"ın futbolçusu "Qarabağ"la görüşdən əvvəlki çətin dövr barədə

12:34 - 9 Fevral 2026

"Nyukasl"ın müdafiəçisi Kiran Tripyer Premyer Liqadakı bir sıra məğlubiyyətlərdən və qarşıdakı səfər görüşlərindən, o cümlədən Çempionlar Liqasının pley-off mərhələsində Bakıda (18 fevral) “Qarabağ”a qarşı keçiriləcək oyundan danışıb. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis futbolçu komandasını bu matçlardan əvvəl birlik olmağa çağırıb:

"Şübhəsiz ki, hər şeyi düzəldəcəyik. Hazırda çətin dövrdən keçirik. Oyunların sayı və cədvəllə bağlı bəhanələr axtarmıram. Çünki biz, oyunçular, azarkeşlər və klub Çempionlar Liqasında oynamaq istəyirik. Bütün yarışlarda iştirak etmək istəyirik, ona görə də mənim tərəfimdən heç bir bəhanə yoxdur. Amma indi söhbət yenidən başlamaqdan gedir. Ardıcıl beş oyundur ki, qələbə qazana bilmirik. Lakin indi özüm də daxil olmaqla, xarakter göstərməli və özümüzü toparlamalıyıq".

Qeyd etmək lazımdır ki, “Nyukasl” ardıcıl dörd səfər oyunu var ki, bunlardan ikisi Bakıya gələnə qədər baş tutacaq. 

"Qarabağ"ın rəqibi fevralın 10-da İngiltərə Premyer Liqasında "Tottenhem"lə, 14-də isə "FA Cup"da "Aston Villa" ilə qarşılaşacaq.

Xəbər xətti