"Qarabağ"ın rəqibinin futbolçusu "Mançester Yunayted"in əsas hədəfində - Kasemironun əvəzinə...

22:26 - 8 Fevral 2026

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl"ın futbolçusu Sandro Tonali "Mançester Yunayted"in diqqətini cəlb edib.

Sportal.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "mankunianlar" "Nyukasl"ın yarımmüdafiəçisini transfer etməyə iddialıdır. "Qırmızı şeytanlar" həmçinin Elliot Andersonu ("Nottingem Forest") və Adam Uortonu ("Kristal Pelas") da bəyənir.

İtaliyalı futbolçu yayda komandanı tərk edəcək Kasemiroya potensial əvəzləyici kimi nəzərdən keçirilir.

Gözlənilir ki, "Nyukasl" Tonali üçün təxminən 100 milyon funt sterlinq tələb edəcək.

Xəbər xətti