“Qarabağ”dan ayrıldı, Azərbaycanı tərk etdi – yeni klubunun düşərgəsinə yollanmaq üçün

13:49 - 10 Fevral 2026

"Qarabağ"dan ayrılaraq “Kolumbus Kryu”ya keçən Nəriman Axundzadə artıq Ağdam klubunun düşərgəsindən ayrılıb.

Sportal.az saytına verilən məlumata görə, millimizin hücumçusu ABŞ-a yollanıb. Bir neçə gün idi ki, vizasını gözləyən Axundzadə bunu əldə etdikdən sonra rəsmi müqavilə imazlamaq üçün Kolumbusa uçub.

Onun yaxın günlərdə MLS klubu ilə rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

Məlumata görə, “Kolumbus Kryu” “Qarabağ”a 1,2 milyon dollar təzminat ödəyəcək.
 

Xəbər xətti