Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Liqanın XIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
5 fevral 2026-cı il tarixində I Liqada XIII turun “Cəbrayıl” – MOİK oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Cəbrayıl” komandası 600 manat cərimə edilsin (maddə 59.1);
6 fevral 2026-cı il tarixində I Liqada XIII turun “Şahdağ Qusar” – “Difai” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
saytlarin hazirlanmasi
