"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
İngiltərə çempionu Kundeni yayda heyətinə qatmağa çalışacaq. "Liverpul" 27 yaşlı sağ cinah müdafiəçisi üçün İspaniya klubuna 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan 50 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qallıb.
saytlarin hazirlanmasi
