Kurban Berdiyevə 4 oyunluq cəza, "Turan Tovuz"a 12500 manat cərimə

15:14 - 11 Fevral 2026

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

4 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşü “Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” komandasına xəbərdarlıq edilsin (maddə 20);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, “Turan Tovuz” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

Xəbər xətti