"Tottenhem"in futbolçusu üçün mövsüm erkən başa çatdı

19:58 - 11 Fevral 2026

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin aparıcı oyunçularından olan Vildon Odober sıradan çıxıb.

Fransalı vinger Premyer Liqanın 26-cı turunun "Nyukasl"la matçında (1:2) zədələnib. Odoberin dizinin ön çarpaz bağı qopub.

21 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Gənc oyunçu mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem" Vilson Odoberi 2024-cü ilin yayında "Börnli"dən 30 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa klubunun heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti