"Onun futbolda bizə cəlbedici gələn hər şey var" - Flik

00:01 - 12 Fevral 2026

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamala yüksək qiymət verib.

Sportal.az xəbər verir ki, Flik öz açıqlamasında Yamalı belə qiymətləndirib:

“Mən ondan çox məmnunam. O, oyunların nəticəsini həll edə biləcək səviyyədədir. Əla oyunçudur və futbolda bizə bu qədər cəlbedici gələn hər şey onun oyununda var: driblinq, birə-bir oyun… Onu izləmək böyük zövqdür.

Təlimlərdə o, həmişə daha yaxşı olmağa çalışır və bu yaxşıdır. Onun inkişaf etməsi lazımdır və yaxın illərdə əhəmiyyətli irəliləyiş göstərə bilər."

Xəbər xətti