Rafael Varan UEFA ilə “Real” arasında Avropa Superliqası ilə bağlı məsələlər üzrə əldə olunan barışığı şərh edib.
Sportal.az xəbər verir ki, “Real”ın sabiq müdafiəçisi öz açıqlamasında bunları qeyd edib:
“‘Real’, Avropa Klublar Assosiasiyası və UEFA arasında əldə olunan tarixi razılaşma dünya futbolu üçün əla xəbərdir.
Bu, bütün məsələlər üzrə irəliləməyə imkan verəcək. Klubların gələcəyi, azarkeşlər üçün oyunların əlçatanlığı, texnologiyaların inkişafı və ən vacibi təqvim və oyunçuların sağlamlığı ilə bağlı. Hərəkətə dərhal keçmək lazımdır.
Mənim üçün ‘Real’da oynamaq böyük şərəf idi və Florentino Peresi, onun baxışını yaxşı tanıyıram. Əgər o, bu razılaşmanı imzalayıbsa, deməli, bilir ki, bundan ilk növbədə ehtiraslı futbol azarkeşləri faydalanacaq və oyunçular daha yaxşı qorunacaq. Florentino futbolun maraqları naminə hərəkət edir və bunu yenidən nümayiş etdirdi. Birlikdə irəliləməyin vaxtıdır və mən bu prosesin bir hissəsi olduğum üçün şadam."
saytlarin hazirlanmasi
