"Barselona" 100 min avroya transfer etdiyi müdafiəçi üçün 30 milyon tələb edir

15:54 - 12 Fevral 2026

"Barselona"nın müdafiəçisi Jerar Martin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" ispaniyalı futbolunu transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

La Liqa nəhəngi Martini satmağın əleyhinə deyil. Onların 23 yaşlı sol cinah müdafiəçisinin satışından gözlədiyi gəlir 30 milyon avrodur.

Qeyd edək ki, "Braelona" Jerar Martini 2023-cü ilin yayında "Kornelya"dan 100 min avroya transfer edib. İspaniya U-21 millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 32 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti