Lixtenşteyn milli komandasının baş məşqçisi Konrad Fünfyüştük komandasının Millətlər Liqasının püşkatması haqda danışıb.
Sportal.az xəbər verir ki, alman məşqçi Azərbaycan və Litvaya qarşı oynayacaqları görüşlə bağlı bunları deyib:
"Azərbaycan və Litva C divizionundan düşmüş komandalardır. Onlar mütləq mümkün qədər ora tez qayıtmaq istəyəcəklər. Buna görə də motivasiyalı rəqiblər gözləyirəm. Çətinliyi qəbul edirik və bu maraqlı matçları səbirsizliklə gözləyirik".
Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümünə sentyabrın 24-də start veriləcək. Qrup mərhələsinin son oyunları noyabrda keçiriləcək. Turnirin final mərhələsi isə 2027-ci ilin iyun ayında baş tutacaq.
saytlarin hazirlanmasi
