"Qalatasaray" İspaniya milli komandasında oynamış Oskar Minqeza ilə maraqlanır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bavariya"dan Saşa Boyu icarəyə götürən "cim-bom” yeni mövsüm üçün müdafiənin sağ cinahı üçün məhz Minqezanı düşünür.
Türkiyə çempionu müdafiəçi ilə indidən danışıqlara başlayıb. 26 yaşlı futbolçunun “Selta” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
İspaniya klubu da ona yeni müqavilə təklif edib, amma tərəflər arasında razılıq olmayıb.
Qeyd edək ki, “Barselona” yetirməsi olan Oskar 2022-ci ildən “Selta”da çıxış edir.
