“Sabah”dan ayrılan Boyan Letiç özün komanda tapıb.
Sportal.az xəbər verir ki, bosniyalı müdafiəçi ölkəsində oynayacaq.
O, Bosniya və Herseqovinanın “Sloqa Meridian” klubu ilə anlaşıb. Letiç yüksək liqada yarışan komandaya mövsümün sonuna qədər kömək edəcək.
Qeyd edək ki, 33 yaşlı futbolçu “Sabah”ın tarixində ən çox oyun keçirmiş ikinci oyunçudur.
Bununla yanaşı, sol cinah müdafiəçi Masazır klubunun tarixində avrokuboklarda ilk qolunun müəllifidir.
Mirbağırağa
