Dünya çempionatına vəsiqə qazana millinin baş məşqçisi istefaya göndərildi

19:55 - 17 Aprel 2026

Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Erve Renar istefaya göndərilib.

Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Federasiya Renara 5 milyon avro təzminat ödəyəcək.

57 yaşlı çalışdırıcı 2024-cü ilin oktyabrında yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı seçməsi yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Asiya təmsilçisi H qrupunda İspaniya, Uruqvay və Kabo-Verde ilə mübarizə aparacaq.

Xəbər xətti