Futbol üzrə Azərbaycan II Liqasında XXV turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, doğma meydanda "Şəki Siti"ni qəbul edən "Kür-Araz" 5:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Kür-Araz" 27 xalla 8-ci, "Şəki Siti" isə 30 xalla 7-ci sırada yer alıb.
II Liqa, XXV tur
4 may
"Kür-Araz" - "Şəki Siti" 5:1
Qollar: E.Məmmədov, 6, B.Əliyev, 19, 34, 78, Ə.İbrahimli, 83 - N.Fərəci, 36 (pen)
