"Şalke" Bundesliqaya vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, bu gün Miron Musliçin komandası Almaniyanın ikinci divizionunun 32-ci turunda "Fortuna" (Düsseldorf) üzərində 1:0 hesablı qələbə qazanaraq mövsümün yekunlarına görə birbaşa yüksək liqaya yüksələn iki komandadan biri olacağını təmin edib.
Gelsenkirhen təmsilçisi turnir cədvəlində 67 xalla liderdir və 3-cü yerdə olan "Hannover"i (onun hələ 3 oyunu qalıb) 10 xal qabaqlayır.
“Şalke” son üç mövsüm ərzində Almaniyanın ikinci liqasında çıxış edirdi. Komandanın heyətində keçmiş "Mançester Siti" hücumçusu Edin Ceko və sabiq "Liverpul" qapıçısı Loris Karius çıxış edir.
saytlarin hazirlanmasi
