Bosniya və Herseqovina yığma komandasının və “Zaltsburq”un futbolçusu Kerim Alaybeqoviç yeni mövsümdən karyerasını harada davam edəcəyinə hələ qərar verməyib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu “Bavariya”, “Napoli”, “İnter”, “Roma”, “Milan”, “Borussiya”, “Arsenal”, “Mançester Siti”, “Benfika” kimi klubların transfer siyahısındadır.
"Bayer"ə məxsus olan futbolçunun İtaliyaya yollanmaq istəyində olduğu bildirilir. Onun “Roma”ya keçidə ilkin razılıq verdiyi iddia olunur.
Kölndə dünyaya gələn Kerim “Köln” futbol akademiyasının yetirməsidir. O, “Bayer”in futbolçusudur və “Zaltsburq”da icarə əsasında çıxış edir.
