"Qarabağ" Misli Premyer Liqasında 2025/2026 mövsümünün qalibi olan "Sabah"ı təbrik edir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi saytında yayımlanan təbrik mesajı belədir:
“Qarabağ” Futbol Klubu Azərbaycan çempionu adını qazanan “Sabah” Futbol Klubunu təbrik edir.
Klubumuz cari mövsümün yekunlarına əsasən əldə olunan nəticə münasibətilə Azərbaycan Premyer Liqasında qalib adını qazanan “Sabah” komandasını təbrik edir. “Sabah” kimi yeni komandaların formalaşması və ölkə çempionatında rəqabətli oyunların sayının artması Azərbaycan futbolunun ümumi inkişafına mühüm töhfə verir.
“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel Azərbaycan Premyer Liqasının çempionunu təbrik edib:
“Sabah” Futbol Klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edirəm. Komandaya UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində uğurlu nəticələr arzulayıram”.
saytlarin hazirlanmasi
